Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donetsk vilayətini ya danışıqlar yolu ilə, ya da döyüş meydanında ələ keçirəcəyinə inanır.
Bu barədə “CBS News” yüksək vəzifəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, Cenevrədə keçirilən danışıqlarda iştirak edən ABŞ nümayəndə heyətinin ilkin mövqeyi də məhz Putinin bu planının reallığa yaxın olduğu qənaətinə əsaslanıb.
Amerikalı rəsmi ABŞ administrasiyasının Donbasdakı vəziyyətə dair birbaşa qiymətləndirmə verməkdən imtina etsə də, döyüşlərin hazırkı trayektoriyasının Rusiyanın Donetsk üzərində nəzarəti ələ keçirə biləcəyinə işarə etdiyini bildirib.
Rəsmi qeyd edib ki, Rusiyanın şərq cəbhəsində Pokrovsk istiqamətində irəliləyişi Kiyev üçün müdafiə perspektivlərinin yaxşı olmadığını göstərir.
.
