Pentaqon Şərqi Avropa və Rusiyada nüvə partlayışının nəticələrini, eləcə də qlobal nüvə müharibəsi vəziyyətini simulyasiya etməyi planlaşdırır.

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Pentaqonun sənədlərinə istinadən yayılan məlumata görə, müqavilənin dəyəri 34 milyon dollardır və sifarişçi ABŞ Ordusu Mühəndislər Korpusudur.

"Podratçıya keçmiş Şərq Bloku ölkələrini daxil etmək üçün simulyasiyanın coğrafi əhatəsini genişləndirmək və Şərqi Avropa və Rusiyanın qərb hissəsindən kənar regionlar üçün kodu yeniləmək tapşırılıb. Qlobal nüvə müharibəsi ssenarilərini və onların kənd təsərrüfatı sistemlərinə təsirini simulyasiya etmək üçün kadr, avadanlıq və resurslarla təmin etmək də tələb olunacaq. Müqavilənin digər podratçıları cəlb etmədən yalnız bir şirkətlə bağlanması planlaşdırılır", - deyə məlumatda qeyd olunub.

.