Fransa polisinin saxladığı “Telegram” sosial platformasının qurucusu Pavel Durov kibercinayətkarlıq və maliyyə hüquqpozmaları sahəsində aparılan araşdırmalar zamanı hüquq mühafizə orqanları ilə əməkdaşlıqdan imtina etməkdə ittiham olunur.
“Reuters“in məlumatına görə, bu barədə Fransa polisindən bildirilib. O, hazırda polis nəzarəti altındadır və barəsində araşdırma davam etdirilir.
Qeyd edək ki, Pavel Durov avqustun 25-də Parisin “Le Burje” havalimanında tutulub.
.