Özbəkistan prezidenti, 79 yaşlı İslam Kərimovun ölüm xəbəri yayılıb.
Məlumatı Fergana News Agentliyi yayıb. Dövlət başçısının ölümü ilə bağlı rəsmi mənbələrdən heç bir açıqlama-təkzib və ya təsdiq gəlməyib.
Agentlik şəxsi mənbələrinə istinadən qeyd edir ki, İslam Kərimov Daşkənd vaxtı ilə saat 15-16 radələrində vəfat edib.
Digər beynəlxalq xəbər saytları və portallar da informasiyanı sözügedən agentliyə istinadən dərc ediblər.
Qeyd edək ki, Özbəkistan prezidenti avqustun 27-i səhər saatlarında insult keçirib.
qafqazinfo.az
.
