Las-Veqasa ötən həftə baş tutan səfəri zamanı ABŞ prezidenti Co Baydenin səhhəti pisləşib.
“Dossier” nəşri xəbər verir ki, bundan sonra dərhal yaxınlıqdakı tibb mərkəzi fövqəladə hazırlıq vəziyyətinə gətirilsə də Ağ Ev rəhbərini müşayiət edənlər onu xəstəxanaya aparmağa lüzum görməyib.
82 yaşlı C. Baydenin sağlamlığındakı problemin COVID-19 virusu ilə əlaqələndirilməsi barədə ehtimallar istisna edilib. Bildirilib ki, yaranmış problem onun ciddi xəstəlikdən əziyyət çəkdiyinə dair ehtimalları artırır.
.