Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqını Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırır.

"Bloomberg" xəbər verir ki, bu barədə Baş nazirin partiyası "Fides" ilə sıx bağlı olan “Magyar Nemzet” qəzeti yazıb.

Qəzetin məlumatına görə, Macarıstanın Baş naziri Viktor Orban partiya təmsilçiləri ilə iclasında bildirib ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bu ilin sonuna qədər ləğv edilməlidir.

Orban qapalı iclasda sanksiyaların Rusiyadan daha çox Avropa iqtisadiyyatına zərər verdiyini və sanksiyaların götürülməsinin inflyasiyanın qarşısını alacağını və tənəzzül riskini azaldacağını bildirib.

.