ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
“Ynet”in xəbərinə görə, telefon danışığından sonra Netanyahu İrana qarşı nəzərdə tutulan hücumların ləğvini nəzərdən keçirir.
Məlumatlı mənbənin sözlərinə görə, Netanyahu tezliklə İsrail ordusuna axşam və gecə boyu planlaşdırılan hücumların ləğvi barədə göstəriş verəcək.
Qeyd edək ki, İran İsrailə qarşı hərbi əməliyyatların sona çatdığını elan edib.
.
