
“İnter Mayami”nin futbolçusu Lionel Messi karyerasını İngiltərədə davam etdirə bilər.
“Mançester Siti” argentinalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə “Tuttosport” nəşri məlumat yayıb.
“Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola Messini komandasında görmək istəyir.
İngiltərə klubu oyunçunu 6 aylıq icarəyə götürməyi planlaşdırır.
.