Koreya Xalq Demokratik Respublikası (KXDR) və Rusiya döyüş pilotsuz uçuş aparatlarının birgə istehsalına başlayacaq.

Bu barədə NHK məlumat yayıb.

Nəşrin məlumatına görə, Şimali Koreya Rusiyadan bir neçə növ pilotsuz uçuş aparatının hazırlanması üçün texniki yardım alacaq və sonra onlar kütləvi istehsala buraxılacaq.

Nəşrin mənbələri iddia ediblər ki, dronların hazırlanması ilə bağlı saziş KXDR-in Ukraynadakı müharibədə iştirak etmək üçün ordusunu göndərdiyi müqavilənin tərkib hissəsi olub.

.