İsveçin XİN rəhbəri pasportunu unudub və Ukraynaya daxil ola bilməyib.

Bu barədə Avstriyanın “Die Presse” nəşri diplomatik mənbələrə istinadən yazıb.

Nəşr bildirib ki, Polşa-Ukrayna sərhədindəki əməkdaşlar İsveç xarici işlər naziri Tobias Billströmə sərhədi keçməyə icazə verməyib.

İsveç XİN başçısı bu səbəbdən Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin Kiyevdə keçirilən iclasında iştirak edə bilməyib.

.