İsrail İranın raket zərbələrinə cavab olaraq, İslam Respublikasının nüvə obyektlərinə zərbə endirmək fikrindən imtina edəcək, çünki Tehranla genişmiqyaslı regional münaqişənin başlanmasından ehtiyat edir.
Bu barədə “The Jerusalem Post” qəzeti adıaçıqlanmayan İsrail rəsmilərinə istinadən bildirib.
Onların fikrincə, yəhudi dövlətinin İranın nüvə proqramı obyektlərinə zərbə endirməsi İsraillə İran arasında regional müharibəyə yol aça bilər.
Bu cür münaqişə yəhudi dövlətinin HƏMAS radikal hərəkatını məhv etmək və Livandakı “Hizbullah” təşkilatını məğlub etmək qabiliyyətini “əhəmiyyətli dərəcədə zəiflədə bilər”. Nəşr vurğulayıb ki, İranla münaqişənin başlanmasının qarşısının alınması Qəzza zolağında vəziyyətin kəskinləşməsindən sonra İsrail Baş naziri Binyamin Netanyahunun administrasiyası tərəfindən rəsmən bəyan edilmiş “müharibə məqsədlərindən” biridir.
Nəşrin mənbələri gözləyirlər ki, İsrail İrana cavab zərbəsi zamanı müxtəlif hərbi bazalara və kəşfiyyat obyektlərinə diqqət yetirə bilər. Onlar planlaşdırırlar ki, bu əməliyyat “orta ağırlıqlı hücum ssenarilərini” əhatə edəcək.
.