Milyarder İlon Mask Donald Trampın seçki kampaniyasına külli-miqdarda pul köçürüb.

Bu barədə yazı “Bloomberg“də dərc olunub.

Məqalədə göstərilir ki, hazırda seçki kampaniyasına toplanan vəsaitin həcminə əsasən Donald Tramp Co Baydeni üstələyib.

Bu arada, demokratların son debatlardakı uğursuzluqları nəticəsində partiya daxilində Co Baydenin daha uğurlu namizədlə əvəz edilməsi tələb olunub.

Hətta bəzi sponsorlar, bu baş verməsə seçki kampaniyasına vəsait ayrılmayacağı barədə xəbərdarlıq edib.

.