HAMAS bu ay ərzində yeni liderini seçəcək.
Bu barədə HAMAS-dan olan iki anonim mənbə “Reuters“ə danışıb.
Mənbələr potensial namizəd adı verməsələr də, “Reuters“ Xəlil əl-Hayya və Xalid Meşaalın ən öndəgələn namizədlər olduğunu yazıb.
Qeyd edək ki, HAMAS lideri İsmayıl Haniyə 2024-cü ilin iyul ayında Tehranda sui-qəsd nəticəsində öldürülüb.
Onun yerinə keçən Yəhya Sinvar da elə həmin ilin oktyabrında İsrail ordusu ilə döyüşlərdə həyatını itirib.
.
