Fransanın Baş naziri Mişel Barnier etimadsızlıq səsverməsindən sonra istefa ərizəsini təqdim etmək üçün Prezident Emmanuel Makronla görüşüb.

Yenizaman-ın AFP-yə istinadən xəbərinə görə, Mişel Barnier istefasının rəsmiləşdirilməsi üçün yerli vaxtla səhər saat 10:00-dan sonra Yelisey Sarayına gedərək Prezident Emmanuel Makronla görüşüb.

Lakin hələ də onun istefası ilə bağlı rəsmi məlumat verilməyib.

Üç ay əvvəl bu vəzifəyə təyin olunan Barnier istefası təsdiqləndikdən sonra müasir Fransa tarixində ən qısa müddətli Baş nazir olacaq.

"Reuters" isə öz mənbələrinə istinadən məlumat yayıb ki, Makron Barnierin yerinə tez bir zamanda təyinat etmək niyyətindədir.

.