Fransada pensiya islahatına qarşı 600 min nəfərin yürüş edəcəyi gözlənilir.

Bu barədə yerli “BFM TV” kanalı bildirib.

Telekanalın dediyinə görə, ölkədə 270-ə yaxın nümayiş gözlənilir.

Qeyd olunub ki, Fransa Konstitusiya Şurasının islahatların legitimliyi ilə bağlı qərarı ərəfəsində sabah ölkə paytaxtı Parisdə və digər yerlərdə pensiya islahatına qarşı 12-ci ümummilli yürüş keçiriləcək.

Həmçinin əlavə olunub ki, yalnız Parisdə keçiriləcək aksiya 40 mindən 70 minə qədər iştirakçını əhatə edə bilər.

Xatırladaq ki, Fransa hökuməti bu ilin yanvar ayında, parlamentdə səsvermə keçirilmədən, ölkədə pensiya yaşını 62-dən 64-ə qaldırmaq barədə qanun layihəsini qəbul etmək üçün müraciət etdikdən sonra insanlar küçələrə axışıb.

.