Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri İsrailə silah tədarükünü məhdudlaşdırmaq üçün səy göstərəcəklər.
“Al Hadath” telekanalı bu barədə Ər-Riyadda keçirilən sammitin bəyanat layihəsində deyildiyini yazır.
Telekanalın məlumatına görə, sənəddə qeyd olunur ki, sammit iştirakçıları İsrailə silah ixracının qadağan edilməsi üzərində işləyəcəklər.