![](/uploads/img/posts/2025/02/07/67a5c11ce675767a5c11ce6758173891612467a5c11ce675567a5c11ce6756jpg-1738917104.jpg)
“Rusiyaya qarşı daha effektiv cavab tədbirləri üçün Ukrayna ordusunun 10 dəfə daha çox canlı qüvvəyə ehtiyacı var”.
Bu barədə “The Wall Street Journal” nəşrinin məqaləsində bildirilir.
Yazı müəllifi hazırda Ukrayna tərəfinin şəxsi heyət çatışmazlığı ilə üzləşdiyini, habelə tərəflər arasında qüvvələr nisbətinin 1/10-a bərabər olduğunu da qeyd edib. Məqalədə həmçinin Ukraynada pilotsuz uçuş aparatları(PUA) ilə bağlı ciddi problemlərin mövcudluğuna diqqət çəkilib:
“PUA-lar insanı müəyyən məqamadək əvəz edə bilir. Ötən ayın sonlarında əməkdaşımız Ukraynanın 60-cı mexanikləşdirilmiş briqdasasının PUA-lar bölüyünün şəxsi heyəti ilə görüşüb. Bölük komandiri bildirib ki, çatışmazlıq səbəbindən Rusiya ordusunun şəxsi heyəti müəyyən sahələrdə pilotsuz uçuş aparatlarının hədəfindən yayınaraq irəli keçməyə nail olur. Əksər hallarda da Rusiya tərəfi PUA-ları aşkarlayıb zərərsizləşdirir. Ukrayna ordusunun müxtəlif cinahlarının möhkəmləndirilməsi də məhz şəxsi heyətin azlığı səbəbindən mümkünsüzdür. Üstəlik, 40-50 yaşlı döyüşçülərdə ruh yüksəkliyi yoxdur. Əsas narahatlıq şəxsi heyət çatışmazlığı ilə bağlıdır”.
.