
Çinin hərəkətləri Tayvan boğazında ABŞ ilə müharibə riskini artırır.
Bu barədə “The Washington Post“ nəşri yazıb.
Nəşrin sözlərinə əsasən, Çinin Tayvana qarşı getdikcə artan aqressiv addımları və münaqişənin qarşısını almaq üçün nəzərdə tutulmuş kanallar vasitəsilə amerikan hərbçiləri ilə danışıqlardan imtina etməsi ABŞ-nin dünyanın üçüncü böyük müharibəsinə (Ukrayna-Rusiya və HAMAS-İsrail müharibələri nəzərdə tutulur) cəlb oluna biləcəyi riskini artırır.
Qeyd olunub ki, ABŞ Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosinin Taybeyə ötən ilki səfərindən sonra Çin bütün əlaqə kanallarını kəsdi.
Həmin kanalların bərpası məsələsi yaxın günlərdə ABŞ Prezidenti Co Bayden və Çin Sədri Si Cinpin arasında şəxsi görüşdə müzakirə olunacaq.
Siyasi ekspertlərin fikrincə isə, rəsmi Pekin ABŞ hərbçilərini Sakit Okeanda hazırlıqsız yaxalamaq və Tayvanın özünü müdafiə etməsi üçün kömək cəhdinin qarşısını almaq üçün onlarla ünsiyyətdən uzaqlaşır.
.