ABŞ Prezidenti Co Baydenin seçkiqabağı kampaniyasına onun baş müşaviri Culi Çavez Rodrigez (Julie Chavez Rodriguez ) rəhbərlik edəcək.

Bu barədə “Politico“ öz mənbələrinə istinadən yazıb.

Qeyd olunub ki, o, hazırda Ağ Evdə idarələrarası əməkdaşlığa nəzarət edir.

Həmçinin əlavə olunub ki, Baydenin gələn il keçiriləcək prezident seçkilərində iştirakını rəsmi olaraq bu gün elan edəcəyi gözlənilir.

Xatırladaq ki, ABŞ-da 2020-ci ildə keçirilmiş prezident seçkiləri zamanı Rodrigez Baydenin kampaniya menecerinin müavini idi və eyni zamanda, onun baş müşaviri vəzifəsini də icra edirdi.

.