Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinə zəng edib.
Bu barədə DPA agentliyi və Süddeutsche Zeitung qəzeti məlumat yayıb.
Bildirilib ki, Şolts iki ildən sonra ilk dəfə Putinlə telefon danışığı aparıb.
DPA-nın məlumatına görə, günorta saatlarında baş tutan söhbət təxminən, bir saat davam edib.
Telefon danışğının digər təfərrüatları hələlik məlum deyil.
***
Almaniya Kansleri Olaf Şolts noyabrın 15-də Rusiya Prezidenti Vladimir Putinə zəng etməyi planlaşdırır.
Bu barədə “Bloomberg“ məlumat yayıb.
Qeyd edək ki, Putinlə Şolts arasında sonuncu dəfə telefon danışığı 2022-ci ilin dekabrında olub. Rusiya və Almaniya liderlərinin sonuncu təkbətək görüşü isə 2022-ci il fevralın 15-də Kremldə baş tutub.
.