Digər birliklər və ölkələr tərəfindən iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətli addımların atılmasının vacibliyini bəyan edən Avropa İttifaqı (Aİ) özünün elan etdiyi hədəflərin təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən geri qalır.
Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, Brüsselin 10 fevral 2025-ci ilədək BMT-yə təqdim etməli olduğu iqlim hədəflərinə nail olunması üzrə yenilənmiş planın layihəsini Bakıda keçirilən COP29 (11-22 noyabr) zamanı təqdim etmək ehtimalı azdır.
Daha əvvəl Aİ bildirmişdi ki, 2035-ci ilədək olan dövr üçün iddialı planların irəli sürülməsi onun Bakı sammiti zamanı prioritetlərindən biridir. Lakin xüsusilə bəzi Aİ ölkələrinin daha sərt iqlim hədəflərinə nail olmaq öhdəliyini götürmək istəməməsi səbəbindən layihə müəyyən edilmiş müddətdə təqdim edilməyəcək.
.