ABŞ administrasiyası miqrantlar üçün ölkəyə müvəqqəti humanitar giriş proqramını uzatmayacaq.
Bu barədə ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi məlumat verib.
Kuba, Haiti, Nikaraqua və Venesueladan olan təxminən 530 000 miqrant 2022-ci ilin oktyabr ayından ABŞ-a hava yolu ilə gəlib və yaxın həftələrdə başa çatacaq humanitar proqram çərçivəsində iki illik qrantlar alıb.
Nazirlikdən verilən məlumata görə, Bayden administrasiyası proqramı miqrantlara ölkəyə qanuni şəkildə daxil olmaq imkanlarını təmin etmək, eyni zamanda ABŞ-Meksika sərhədindən qeyri-qanuni keçidlərin sayını azaltmaq yolu kimi işə salıb.
.