ABŞ İordaniyadakı hərbi bazasına hücuma cavab olaraq Yəməndəki hədəflərə növbəti zərbələr endirməyi planlaşdırır.

Bu barədə iki amerikalı rəsmiyə istinadən "Politico" məlumat yayıb.

"Daha çox hücumlar gözlənilir, növbəti hədəflər Yəməndə olacaq", - məlumatda deyilir.

Bundan əvvəl ABŞ-nin silahlı qüvvələri İraq və Suriyada 85-dən çox hədəfə hücum edib. Bu, İordaniyadakı Amerika bazasına pilotsuz təyyarə hücumuna cavab olub. Zərbələr pilotsuz təyyarələrlə komanda-nəzarət məntəqələrinə, kəşfiyyat mərkəzlərinə və anbarlara endirilib.

Pentaqon rəhbəri Lloyd Ostin bildirib ki, ABŞ-nin İordaniyadakı bazasına hücumundan sonra İraq və Suriyadakı hədəflərə zərbələr endirməsi cavab tədbirlərinin yalnız başlanğıcıdır.

.