ABŞ administrasiyasının nümayəndələri Kiyev rəsmiləri ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin bu həftə ABŞ-yə səfər imkanlarını müzakrə edirlər.
Bu barədə "CBS News" mənbələrə istinadən xəbər yayıb.
Mənbələrin məlumatına görə, Zelenskinin ABŞ-yə yeni səfəri Prezident Donald Trampın bu il 27 noyabrda qeyd olunacaq Şükranlıq günündən əvvəl Rusiya-Ukrayna müharibəsinin həlli üçün razılığa gəlmək səylərinin bir hissəsi kimi baş tuta bilər.
Eyni zamanda, telekanalın mənbələri yeni səfərin mümkünlüyünün Cenevrədə keçirilən ABŞ-Ukrayna danışıqlarının nəticəsindən asılı olacağını vurğulayıblar.
.
