ABŞ Ukraynaya hərbi yardım çərçivəsində “Ground-Launched Small Diameter Bomb” (GLSDB) yüksək dəqiqliyə malik bombaları yeni yardım paketinə daxil edə bilər.

“Bloomberg“ xəbər verir ki, bu barədə Pentaqondakı mənbələr bildirib.

Qeyd olunub ki, yüksək dəqiqlikli silahlar yeni yardım paketinə əlavə ediləcəyi halda onların Ukrayna Silahlı Qüvvələrinə tədarükü təxminən 9 ay çəkəcək.

Bu silahların “Boeing” şirkətinə sifariş olunması üçün ilkin mərhələdə 200 milyon dollara qədər vəsait ayrılacaq.

Həmçinin əlavə olunub ki, ABŞ Ukraynaya yeni yardım paketinə digər hərbi texnika ilə yanaşı “Claymore” piyada əleyhinə minalar və “Mk-153” daşına bilən raket sistemləri daxil etməyi planlaşdırır.

.