Vaşinqton Tehranı ABŞ prezidenti Co Bayden administrasiyasının Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) sürətli qayıdış həyata keçirməyə hazır olması barədə məlumatlandırıb.
Yenizaman xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasındakı mənbəyə istinadən “Əl-Cərida” qəzeti məlumat yayıb.
Məlumata görə, iyulun 23-də Amerika tərəfi İran hakimiyyətini məlumatlandırıb ki, Bayden administrasiyası JCPOA-ya “kiçik düzəlişlər etmək şərti ilə” tezliklə qayıtmaq üçün danışıqlara hazırdır.
.