Tramp administrasiyası G7-yə (“Böyük yeddilik”) bənzər alternativ bir təşkilat yaratmağı planlaşdırır.

Bu barədə “Defence One”da dərc olunan yazıda bildirilib.

Ağ Ev tərəfindən bu yaxınlarda elan olunan milli təhlükəsizlik strategiyasının gizli və daha geniş versiyası mövcuddur ki, bura C5 (Core 5) adlı yeni biri təşkilatın qurulması da daxildir. Belə ki, bu təşkilata ABŞ, Çin, Rusiya, Hindistan və Yaponiyanın daxil edilməsi planlaşdırılır”, - yazıda deyilir.

Lakin G7-dən fərqli olaraq, bu qurum milli sərvət və demokratik idarəçilik kriteriyaları ilə məhdudlaşmayacaq və burada Yaxın Şərqdə təhlükəsizlik, İsrail-Səudiyyə Ərəbistanı normallaşması, eləcə də digər məsələlərlə bağlı mütəmadi olaraq sammitlər keçiriləcək.

Avstriya, Macarıstan, İtaliya və Polşa isə ABŞ-ın daha yaxından işləmək istədiyi ölkələrdir ki, rəsmi Vaşinqton bunları Avropa İttifaqından tədricən ayırmaq niyyətindədir.

“Defence One”da dərc olunan yazıya münasibət bildirən Tramp administrasiyasının sözçüsü Anna Kelli milli təhlükəsizlik strategiyası ilə bağlı gizli və geniş bir sənədin olmadığını bildirib, sözügedən sənədin yalnız Ağ Ev tərəfindən ictimaiyyətlə bölüşülən versiyadan ibarət olduğunu vurğulayıb.

Qeyd edək ki, “Böyük yeddilik” ölkələrinə ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, İtaliya, Fransa və Yaponiya daxildir.

.