ABŞ 2024-cü ildə silah satışından 100 milyard dollardan çox gəlir əldə edəcək.

Bu barədə “Aviation Week” hərbi portalı yazı dərc edib.

Məqalədə göstərilir ki, sentyabrda başa çatacaq 2024-cü maliyyə ilində rəsmi Vaşinqton indiyədək digər ölkələrin hərbi təchizatından 80 milyard qazana bilib. 2023-cü ildə bu göstərici 66,2, 2022-ci ildə isə 49,7 milyard olub:

“Pentaqon analitikləri hesab edir ki, ABŞ-nin müdafiə sənayesi məhsullarına tələbat Ukrayna tərəfinin hərbi-texniki təchizatı məsələsi aktuallaşdıqdan sonra artıb”, - deyə məlumatda qeyd olunub.

.