Yaponiyanın Baş naziri Fumio Kişida Mərkəzi Asiya dövlət başçılarının Qazaxıstanda keçiriləcək görüşündə iştirak etməli olduğu Mərkəzi Asiya ölkələrinə turunu, Yaponiya adaları bölgədə güclü zəlzələ təhlükəsi ilə əlaqədar ləğv etmək qərarına gəlib.
Bu barədə Yaponiya hökumətinin başçısının özü jurnalistlərə məlumat verib.
“Mərkəzi Asiya ölkələrinə və Monqolustana səfərin ləğv edilməsi qərara alınıb”, – o qeyd edib və vurğulayıb ki, gələn həftə hökumətin bütün səyləri vəziyyətin monitorinqinə və Nankay fayında mümkün güclü zəlzələyə hazırlığa yönəldiləcək.
.