Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Şahmat Federasiyasının prezidenti (AŞF), Mahir Məmmədov, vitse-prezident Faiq Həsənov və digər rəsmi qonaqlar iştirak ediblər.
Yarış iştirakçılarını təbrik edən federasiya rəsmiləri, daha sonra qalibləri diplom, medal və pul mükafatları ilə təltif ediblər.
Qeyd edək ki, yarışın qalibi Aydın Süleymanlı olub. Məhəmməd Muradlı gümüş, Vüqar Rəsulov isə bürünc medal qazanıb.
Ümumumi mükafat fondu 30 000 AZN olan yarışda ilk pillənin sahibi 12 000 AZN əldə edib

.