“Gəncədə hamilə həyat yoldaşın döyən şəxs saxlanılıb”.

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib. 

Onun sözlərinə görə, Gəncə şəhər sakini 1999-cu il təvəllüdlü T.Məmişovanın həyat yoldaşı, 1992-ci il təvəllüdlü İsgəndərov Muraz tərəfindən döyülməsi zamanı aldığı çoxsaylı bədən xəsarətləri nəticəsində hamiləliyin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami Rayon Polis İdarəsinə məlumat daxil olub:

“Müraciətlə bağlı polis əməkdaşları dərhal müvafiq tədbirlər həyata keçirib, hadisəni törətməkdə şübhəli bilinən M.İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib”.

Eşqin Qasımov bildirib ki, faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

***

Gəncədə kişi hamilə həyat yoldaşını döyüb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Bildirilib ki, 1999 təvəllüdlü T.Məmişova həyat yoldaşı 1992-təvəllüdlü Muraz İsgəndərov tərəfindən döyülüb.

Qadın aldığı ağır bədən xəsarətlərindən 18-19 həftəlik hamiləliyin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

.