Kişi cüdoçular arasında ACF turu başa çatıb.

Bu, Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk ACF turu yarışıdır.

Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan turnirdə 27 klub, cəmiyyət və idman təşkilatından olan 80 cüdoçu tatamiyə çıxıb. Turnirdə idmançılar 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıblar.

Medalçıların siyahısı:

60 kq

1. Kənan İsmayılov

2. Nazir Talıbov

3. Əhməd Yusifov

3. Rövşən Əliyev

66 kq

1. Ruslan Paşayev

2. Kəramət Hüseynov

3. Tofiq Əliyev

3. Yaşar Nəcəfov

73 kq

1. Rəşid Məmmədəliyev

2. İbrahim Əliyev

3. Nurlan Osmanov

3. Rüfət Şovlatov

81 kq

1. Zelim Tçkayev

2. Məmmədrza Hacızadə

3. Məhərrəm İmamverdiyev

3. Kərim Allahverdiyev

90 kq

1. Elcan Hacıyev

2. Musa Hüseynli

3. Nihad Şıxəlizadə

3. İbrahim Ağakişiyev

100 kq

1. Adil Kərimli

2. Aslan Mirzəyev

3. Ruslan Nəsirli

+100 kq

1. Camal Qamzatxanov

2. Sabir İsayev

3. Toğrul Salmanov

3. Qurban Məmmədli

Qeyd edək ki, bu il üç belə turnirin keçirilməsi planlaşdırılır. Həmin yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutacaq idmançı 22-24 sentyabrda keçiriləcək Bakı Böyük Dəbilqə turnirinə vəsiqə qazanacaq.

.