Bu gün İsveçin paytaxtı Stokholm şəhərində Kimya üzrə 2022-ci il Nobel mükafatı qaliblərinin adları açıqlanıb.
Nobel Komitəsinin rəsmi saytı verdiyi xəbərə görə, qaliblərin elan olunma mərasimi İsveç Kral Elmlər Akademiyasında keçirilib.
Kimya üzrə 2022-ci il Nobel mükafatının qalibləri Carolyn R. Bertozzi, Morten Meldal və K. Barry Sharpless olub.
Onlar bu mükafata "klik kimyasının və bioortoqonal kimyanın inkişafına görə" layiq görülüblər.
.