Şimali Koreyanın lideri Kim Çen In Xalq Partiyasının qurultayına qədər toy və yas mərasimlərini qadağan edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat "The Sunday Times” qəzetində yer alıb.
Məlumata görə, qurultay mayın 6-da keçiriləcək və bu, son 36 ildə keçirilən ilk qurultaydır.
Bu qərar qurultaydan əvvəl təhlükəsizliyi gücləndirməyə xidmət edir. Buna görə də, paytaxt Pxenyanın giriş və çıxışları bağlanıb.
.