Şimali Koreya lideri Kim Çen In ordunu ölkənin müharibəyə tam hazır olmasını təmin etməyə çağırıb. 

Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Kim Çen In Koreya Xalq Ordusunun batalyonlarının siyasi komandirləri və siyasi təlimatçılarının görüşündə çıxış edib. Siyasətçi çıxışında “düşmən qüvvələrin, o cümlədən ABŞ və marionet Koreya Respublikasının təhdid xarakterinə” işarə edib. KXDR liderinin sözlərinə görə, Vaşinqton və Seul Koreya yarımadasında tarixin ən gərgin vəziyyəti yaradıb.

“O, müxtəlif səviyyələrdə silahlı qüvvələrimizə inqilabın diktəsi və mövcud vəziyyət əsasında müharibə hazırlığını yaxşılaşdırmaq üçün hər cür səy göstərməklə bağlı döyüş şüarı irəli sürüb”, - agentliyin məlumatında deyilir.

.