Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya mediasının ölkədə daşqınlar nəticəsində 1500-ə qədər insanın öldüyü və ya itkin düşdüyü barədə xəbərlərini təkzib edərək, qonşu ölkəni “dəyişməz düşmən” adlandırıb.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Məqalədə deyilir: “Yoldaş Kim Çen In bildirib ki, düşmənin cılız mediası indi bizim zərər çəkmiş ərazilərimizdə itkilərin 1000 və 1500 nəfəri keçəcəyi və xilasetmə işləri zamanı bir neçə helikopterin qəzaya uğradığı barədə dezinformasiyalar yayır. O qeyd edib ki, bu cür intriqalı təbliğatla məşğul olan Seul rəsmilərinin mənfur niyyətləri açıq və aydındır.
Yoldaş Kim Çen In bildirib ki, dəyişməz düşmən Koreya Respublikası nəyin bahasına olursa olsun bizi ləkələmək, respublikamızın imicini təhrif etmək üçün rəzil, intriqalı təbliğata əl atır”.
.