Fransa millisinin və PSJ-nin futbolçusu Killian Mbappe İspaniya “Real”ı ilə anlaşıb.

Bunu futbol agenti Bruno Satin açıqlayıb.

O bildirib ki, keçidin bu yay reallaşması gözlənilir: “Məndə olan məlumata əsasən, Killian və ailəsi “Real”la razılığa gəlib. Bu, futbolçunun şəxsi müqaviləsinin detalları ilə bağlıdır. Lakin PSJ ilə razılıq əldə olunmalıdır. Aydındır ki, PSJ-dəki qətərlilər Mbappeni buraxmaq istəmir. O, müqaviləsi bitənədək qala və gələn yay azad agent kimi də gedə bilər. Tarix göstərir ki, PSJ rəhbərliyi futbolçunu buraxmaq istəməyəndə onu müqavilə müddətinin sonuna qədər saxlamaq üçün hər şey edir”.

Qeyd edək ki, Mbappe 2018-ci ildə “Monako”dan PSJ-yə keçib.

.