Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ilə jurnalist arasında maraqlı dialoq yaşanıb.

Hadisə Kılıçdaroğlunun partiyasının iclasından sonra baş verib.

Belə ki, CHP sədri iclas baş tutan məkanı tərk edərkən jurnalistlərdən biri ona istefa etməyi düşünüb-düşünmədiyi barədə sual ünvanlayıb. 

Kılıçdaroğlu isə cavabında ironiya ilə jurnalistdən hansı televiziyanı təmsil etməsini soruşub və məkanı tərk edib.  

 


.