Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappeyə məxsus sürət rekordu təkrarlanıb.

“Loryan”ın nigeriyakl hücumçusu Terem Moffi “Marsel”lə (1:3) keçirilən son oyunun bir epizodunda saatda 36 km sürətlə qaçaraq, Fransa Liqa1-də cari mövsümün rekorduna şərik olub.

Üç gün əvvəl isə İngiltərə Premyer Liqasında mövsümün sürət rekordu yenilənib. “Çelsi” klubunun ukraynalı futbolçusu Mixail Mudrik “Liverpul”la görüşdə (0:0) saatda 36,63 km sürətlə qaçaraq, rekorda yiyələnib.

.