Britaniyalı supermodel və aktrisa Keyt Moss 15 yaşında ikən fotosessiyadan qaçdığını etiraf edib.

Hələ 15 yaşında ikən o, alt paltarları kataloqu üçün çəkilişlərdə iştirak etməyə razı olub. Lakin proses zamanı kişi fotoqraf qıza soyunmağı təklif edib.

“O, əvvəlcə paltarımı soyunmağımı xahiş etdi, mən də itaət etdim. Onda bədənimdən çox utanırdım. Sonra büstqalterimi çıxarmağımı istədi. Bu zaman əşyalarımı yığdım və qaçdım”, - deyə model bildirib. O, həmin dövrdə özünü müdafiəsiz hiss etdiyini və qorxduğunu deyib.

Qeyd edək ki, hazırda Keyt Mossun 48 yaşı var.

.