"Keşlə” klubu danışılmış oyunlarda şübhəli bilindikləri üçün həbs olunan futbolçular Nizami Hacıyev və Mirhüseyn Seyidovla bağlı rəsmi məlumat yayıb.

Klubun internet saytı xəbər verir ki, adıçəkilən futbolçuların müqaviləsinə 4 gün öncə xitam verilib: "Keşlə Peşəkar Futbol Klubunun rəhbərliyi bildirir ki, əsas komandanın futbolçuları - Nizami Hacıyev və Mirhüseyn Seyidov Premyer Liqadakı son 5-6 matçda danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələrin olmasına görə 4 gün öncə onlarla imzalanmış müqaviləyə rəsmən xitam verilib”.


.