Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə Vyanada görüşəcək. 
AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib. Onun sözlərinə görə, görüş zamanı Dağlıq Qarabağdakı vəziyyət müzakirə ediləcək. 

"Bu gün başlıca mövzu Suriya və Dağlıq Qarabağ, eləcə də Ukrayna və ikitərəfli əlaqələrdir”, -deyə Ryabkov bildirib. 
.