ABŞ dövlət katibi Con Kerri yeni seçilmiş prezident Donald Trampın Tayvan prezidenti Tsai İnq-venə zəng etməsinə münasibət bildirib.


Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Kerri Trampın əcnəbi ölkə liderləri ilə danışmazdan əvvəl onları məlumatlandırmalı olduğunu deyib:


"Bundan əvvəl Tayvanla heç bir əlaqəmiz olmayıb. Qarşı tərəfdən də bizə bununla bağlı heç bir təklif gəlməyib. Ancaq ona məsləhət görərdim ki, bu cür məsələlərdə departamenti məlumatlandırsın".


Qeyd edək ki, Trampın bu addımı Çin tərəfindən narazılıqla qarşılanmışdı

.