"Birləşmiş Ştatların Xarici İşlər Nazirliyi əməkdaşlarının son günlər Fətullah Gülənlə görüşməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.
 
Publika.az "Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi və xarici işlər naziri Con Kerri bəyan edib.
 
Dünya mediasında bu barədə yayılan məlumatları təkzib edən C.Kerri deyib: "ABŞ-ın Xarici İşlər Nazirliyi rəsmilərinin Fətullah Gülənlə əlaqə yaratması düzgün addım olmazdı”.
.