Özbəkistan prezidenti İslam Kərimovun səhhəti qəflətən pisləşib.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Nazirlər Kabinetinin rəsmi saytında məlumat yerləşdirilib. Məlumata görə, həkimlər dövlət başçısının vəziyyətini kritik olaraq qiymətləndirirlər. Həmçinin hökumət, Kərimovun insult keçirərək xəstəxanaya yerləşdirildiyini təsdiqləyib.
Qeyd edək ki, "Fərqanə” agentliyi İslam Kərimovun sentyabrın 29-da insultdan öldüyü barədə məlumat verib. Lakin ölkə hakimiyyəti bu məlumatı təkzib edib. Ötən gün "Fərqanə” agentliyi İslam Kərimovun Səmərqənddə dəfninə hazırlıq işlərinin aparıldığını, Özbəkistan liderinin iki qardaşı və anasının məzarı yanında dəfn olunacağını qeyd edib. Agentlik İslam Kərimovun vəfat etməsi barədə məlumatın rəsmi olaraq sentyabrın 2-də elan ediləcəyini və dəfnin sentyabrın 3-də keçiriləcəyini də iddia edib.
