Keniyanın paytaxtı Nayrobidə yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış və sonrakı yanğın nəticəsində azı iki nəfər həlak olub.
Bu barədə ölkənin “Standard” qəzeti yerli orqanlara istinadən məlumat yayıb.
Qəzetə görə, fevralın 1-dən 2-nə keçən gecə baş verib. Partlayış yaxınlıqdakı evlərə sıçrayan yanğına səbəb olub.
Keniyanın Qırmızı Xaç Komitəsi insident nəticəsində 298 nəfərin yaralandığını açıqlayıb. Onlardan 271-i xəstəxanaya yerləşdirilib.
Yanğın söndürülür, əhali hadisə yerindən təxliyə olunur.
.
