Bu ilin yanvar ayının sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən kənd təsərrüfatı sahəsinə verilmiş biznes kreditlərinin həcmi 1,776 milyard manata düşüb.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin sonu ilə müqayisədə 10 milyon manat və ya 0,6% azdır. Belə ki, 2024-cü ilin sonunda Azərbaycandakı banklar tərəfindən kənd təsərrüfatı sahəsinə verilmiş biznes kreditlərinin həcmi 1,786 milyard manat olub.

Qeyd edək ki, hesabat ayında bankların kredit portfeli 27,5 milyard manat olub. Kredit portfelinin 14,7 milyard manatı biznes kreditlərinin, 8,5 milyard manatı istehlak kreditlərinin, 4,2 milyard manatı isə ipoteka kreditlərinin payına düşüb.

Biznes kreditlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 milyard manat və ya 13,9% artıb. 2024-cü ilin ilk ayının sonunda Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilmiş biznes kreditlərinin həcmi 12,9 milyard ABŞ dolları idi.

Bu ilin yanvar ayının sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən kənd təsərrüfatı sahəsinə verilmiş biznes kreditlərinin həcmi 1,776 milyard manata düşüb.

Yenizaman bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

.