Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin say həddi 202 ştat vahidi müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.

Əvvəl Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin sayı 207 ştat vahidi təşkil edirdi.

Sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Aparatının işçilərinin say həddi artırılaraq 57 ştat vahidi müəyyən edilib. Əvvəl bu say 49 ştat vahidi təşkil edirdi.

.