
Kəlbəcərdə mina hadisəsi baş verib.
Hadisə rayonun Susuzluq kəndi ərazisində qeydə alınıb.
Belə ki kənd ərazisində traktorun minaya düşməsi zamanı partlayış olub. Nəticədə traktorun sürücüsü Kürdəmir sakini, 1989-cu il təvəllüdlü Rəşadət Əsədov xəsarət alaraq xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
.