Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev, həmin Mərkəzinin polkovniki Azər Mehdiyev və daha iki nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış ediblər.
Müdafiəçilər müvəkkillərinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini, cinayət işinə xitam verilməsini və işin adiyyatı üzrə prokurorluğa qaytarılmasını istəyiblər.
Vəsatətlər təmin edilməyib.
Məhkəmənin baxış iclası mayın 4-nə təyin edilib.

.